Azərbaycan millisinin üzvü Macarıstan Kubokunu qazandı

Dünya

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan Kubokunun qalibi olub.

Azərbaycan Voleybol Federasiyasının yaydığı məlumata görə, blokçumuzun komandası “Vaşaş” finalda “Bekesşaba” klubu ilə qarşılaşıb. Komanda 3:2 hesablı qələbə ilə ölkə kubokuna sahib çıxıb.

Final oyununda millimizin və “Vaşaş”ın kapitanı 14 xal (hücum – 8 xal, 57 %, blok – 5 xal, eys – 1 xal) qazanıb.

Ayşən Abduləzimova 3-cü dəfə Macarıstan Kubokunu əldə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir