“Biz ali təhsil müəssisələri arasında rəqabətliliyə meyil etmirik”.
resmixeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, məsələn, tibb bir yerdə olsa, daha yaxşıdır, 4 yerdə olsa, keyfiyyət itə bilər: “Bu gün Azərbaycan universitetində bir mühəndis hazırlamaq üçün 1600 manat vəsait ödənilir. 1600 manata beynəlxalq rəqabətədavamlı mühəndis necə hazırlaya bilərik?”
www.RESMIXEBER.az