Tehran Universitetinin professoru Müctəba Əmiri öz tənqidi çıxışı ilə hökumətin qabiliyyətsizliyini ifşa edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
O, verdiyi müsahibədə İran hökumətinin rəsmilərini tənqid edərək deyib:
“Bəziləri deyirlər ki, korrupsiya Həzrət Əlinin dövründə də olub. Amma bundan xəbərsizdirlər ki, Əlinin hakimiyyəti cəmi 4,5 il sürüb. Lakin biz 45 ildir ki, hakimiyyətdəyik və bu cür dini əsaslara istinad etməklə bacarıqsızlığa haqq qazandırmaq inqilabın ideallarına uyğun gəlmir”.
www.RESMIXEBER.az