Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
“resmixeber.az”un Aran bürosunun məlumatına görə, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla (“primus”la – red.) iş görərkən cihaz partlayıb.
A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az