25 il turistləri gəzdirən filin beli əyildi – FOTO

Dünya

Heyvan haqları müdafiəçiləri 71 yaşlı filin əhvalatını nəql ediblər.

O, 25 il insanları belində gəzdirib. Daimi yükdən heyvanın onurğası eybəcərləşib.

Taylanddakı Vəhşi Təbiətin Dostları Fondunun (WFFT) əməkdaşları Pay Lin adlı heyvanın şəkillərini dərc ediblər.

Məlumata görə, bəzən heyvan eyni anda altı nəfərə qədər turisti daşımaq məcburiyyətində qalıb. Buna görə də onun onurğası deformasiyaya uğrayıb.

Fil 2007-ci ildə Taylandda xilas edilib və hazırda Hua Hin yaxınlığındakı Vəhşi Təbiət Dostları Fondunun qoruğunda xilas edilmiş 24 fillə birlikdə yaşayır.

Mənbə: rbc.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir