Samuxda zəhərlənmə faktı qeydə alınıb.
resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib.
2003-cü il təvəllüdlü S.Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 20 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə S.Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
www.RESMIXEBER.az