Xidmət direktoru: “Şuşada tarixi abidələrin, xiyabanların, parkların təmizlənməsi işləri intensiv aparılır”

Cəmiyyət

“Şuşada tarixi-mədəni abidələrin, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır”.

Bunu “resmixeber.az”un Şuşaya ezam olunmuş əməkdaşının sualını cavablandırarkən Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.

30 il işgal ərzində tarixi abidələrimizin dağıdılaraq yararsız vəziyyətə salındığını qeyd edən N.İsgəndərov bildirib ki, eyni zamanda Şuşada ağacların, kolların budanması işləri də görülür:

“Mövsümi qaydaya uyğun olaraq ağacların budanması, yeni kolların və ot örtüklərinin salınması işlərini görürük. Bu işlərin təşkil olunmasında Şuşa şəhər qeydiyyatı olan xidmət əməkdaşları əsas yer tutur. Hazırda 30 nəfərə yaxın Şuşa şəhər qeydiyyatlı məsul şəxs, mütəxəssis və texniki işçilərdən ibarət heyətimiz var”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir