Bədəni yanan daun sindromlu yaşyarımlıq körpənin anası: “Yemək belə ala bilmirəm” – FOTO

Cəmiyyət

Bir yaşlı daun sindromlu Rüxsarə Abasovanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Kəsirə Şirəliyeva məlumat verib. 

O bildirib ki, qızı Rüxsarə martın 6-da isti su qazanını üstünə aşıraraq yanıb.

“Biz özümüz Masallıda yaşayırıq. Kəsdiyimiz toyuğu təmizləmək üçün su qaynadıb yerə qoymuşdum. Rüxsarə də iməkləyərək suyu üzərinə çəkib. Həmin gün Lənkəran Dövlət Xəstəxanasına getsək də, Rüxsarənin vəziyyətinin ağır olduğunu bildirib bizi Bakıya yönləndirdilər”.

Kəsirə Şirəliyeva bildirib ki, Rüxsarə həm də daun sindromludur:

“Rüxsarə daun sindromlu uşaqdır, ürəyində də problem var. Onun sinəsi və qolları yanıb. Hazırda həkimlər onun bir müddət müalicə almalı olduğunu, daha sonra əməliyyatla bağlı qərar verəcəklərini deyiblər. Evdə tək yoldaşım işləyir, imkanımız da yaxşı deyil. Dünən yoldaşım borc alaraq mənə 25 manat gətirib. O pul da uşağın bezinə ancaq çatır. Əlavə nə yemək, nə dərmanlarını ala bilmirəm. Yardımsevər şəxslərdən övladıma kömək olmalarını, bu çətin vəziyyətdən bizim çıxmağımıza kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 976 70 39

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir