BAEA rəsmisi: “Pandemiya səhiyyə sektorunu onilliklər geriyə atıb”

Cəmiyyət

“COVID-19 pandemiyası səhiyyə sektorunu bəzi istiqamətlərdə, məsələn, xərçəng tədqiqatlarında onilliklər geriyə atıb”.

“resmixeber.az” xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) Baş direktorunun müavini Nacat Moxtar X Qlobal Bakı Forumunun panel müzakirələri zamanı deyib.

“Araşdırmalarımıza əsasən, Afrika ölkələri daxil olmaqla, bir çox ölkələrin radiasiya terapiyasına lazımi şəkildə çıxışı yoxdur”, – o vurğulayıb.

N.Moxtar lazımi avadanlıqların baha olduğunu və bu ölkələrin bu məbləği ödəyə bilməyəcəyini qeyd edib:

“Afrikadan başladıq. Amma biz humanitar təşkilat deyilik, bu məsələdə köməyə ehtiyacımız var”.

O, həmçinin BAEA ilə FAO-nun baytarlıq xidmətləri ilə əməkdaşlıq üzrə birgə proqramı haqqında danışıb, koronavirusun heyvanlardan insanlara keçməyə başladığını xatırladıb: “Pandemiyanın qarşısını almaq üçün sehrli həll yolu axtarmırıq, lakin bu istiqamətdə səylər göstəririk”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir