Nazir polkovnik-leytenantı rəis təyin etdi

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinə yeni rəis təyin edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant İlyasov Fuad Bəbir oğlu təyin olunub. 

Qeyd edək ki, bir müddət əvvəl polkovnik Şahin Mirzəyev Şimal Regional Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib. O, bu vəzifədə Şamı Abdullayevi əvəzləyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir