Yüksək vəzifəli şəxsin işdən çıxarılma səbəbi bilindi – Eldar Əzizovdan YENİ TƏYİNAT

Cəmiyyət

Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinə yeni direktor təyin edilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə bu vəzifəyə Mirdamət Seyidov təyin olunub. 

Qeyd edək ki, Mirdaməd Seyidov bundan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olub və Nizami Rayon Hərbi Komissarlığında çalışıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilib. 

Məlumata görə, Həsrət Əmrahovun vəzifədən azad olunmasının səbəbi səhhəti ilə bağlı deyil. Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Ulduz adlı qadının torpaq alıb, ərazidə ağacları kəsdirməsi sakinlərin narazılığına səbəb olub. Nəticədə ictimai asayişi qorumaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Yaranan söz-söhbətə görə Həsrət Əmrahova töhmət verilib və o, ərizə yazaraq vəzifəsindən uzaqlaşıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir