Yeni və köhnə binalarda yaşayanların əksəriyyəti daha etibarlı evə köçmək istəyir – SORĞU

Cəmiyyət

Bakı, Sumqayıt və Gəncədə yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında daha etibarlı bir evə köçmək istəyirlər.

“resmixeber.az” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) 384 respondent arasında keçirdiyi “Zəlzələ ehtimalına qarşı risklərin, ictimai davranış və mühakimənin qiymətləndirilməsi” ictimai rəy sorğusunun nəticələrinə əsasən məlum olub.

Bildirilib ki, 13% sakin yaşadığı binanın zəlzələyə qarşı dözümlü olduğuna inanmır və daha etibarlı bir evə köçməyi planlaşdırır. Eyni zamanda sorğu iştirakçılarının 46%-i yalnız dövlət yardımı olarsa, daha etibarlı bir evə köçə biləcəyini ifadə edib, 39%-i ümumiyyətlə köçməyi planlaşdırmadığını bildirib.

Köçməyi planlaşdıranların nisbəti yeni və köhnə binalar üzrə bərabər olmasına baxmayaraq (hər biri üzrə 13%), bunun dövlət yardımı halında mümkün olacağını ifadə edənlər üzrə fərqlər qeydə alınır. Belə ki, yeni binalarda yaşayanların 31%-i, köhnə binalarda məskunlaşanların isə 52%-i yalnız dövlət yardımı halında köçə biləcəyini ifadə edib. Həmçinin yeni binalarda yaşayan iştirakçıların yarısı (50%-i), köhnə binalarda yaşayanların 36%-i ümumiyyətlə köçməyi planlaşdırmır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir