“Sehrli xalat” filminin qəhrəmanları inklüziv mərkəzdə – FOTO

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film həftəsi” layihəsinə start verilib. Bu silsilədən ilk olaraq “Sehrli xalat” filmi nümayiş etdirilib. Təqdimatdan əvvəl tamaşaçılara rejissor Əlisəttar Atakişiyevin 1964-cü ildə ekranlaşdırdığı filmə dair maraqlı məlumatlar çatdırılıb. Ekran əsərində Eldar obrazını canlandırmış Yusif Şeyxov çəkiliş prosesi zamanı yaddaqalan əhvalatları, tərəf müqabilləri ilə bağlı xatirələrini paylaşıb. Filmin Azərbaycan kinosuna gətirdiyi yeniliklərdən danışılıb.

Filmin nümayişinə benefisiarlarla yanaşı, həssas kateqoriyadan olan 6-11 yaş və 11-14 yaş aralığında autizm spektrli, əqli geriliyi olan şəxslər, şəhid övladları, sosial sığınacaqların sakinləri də daxil olmaqla, ümumilikdə 100 nəfər cəlb edilib. Tədbirə təlim prosesini başa vurmuş şəxslərin də dəvət edilməsi onların təlim müddətindən sonrakı mərhələdə mərkəzin ictimai həyatında iştirakını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Film həftəsi”nin hər həftənin şənbə günü davamlı olaraq təşkili nəzərdə tutulub. Layihə həssas qrupdan olan şəxslərin dünyagörüşünün inkişafı, sosiallaşmasının təmin edilməsi, həmçinin şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasında təsirli olacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir