Osloda məktəbəqədər soydaşlarımız üçün yeni layihəyə start verilib – FOTO

Cəmiyyət

Norveç-Azərbaycan Gənclər Təşkilatının (NAYO) nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili və mədəniyyəti həftəsonu məktəbində yeni layihəyə start verilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində məktəbəqədər uşaqlar üçün təlim-tədris kursları təşkil olunub. Kurslar kiçik yaşlı soydaşlarımızın böyük marağına səbəb olub.

Həvəslə kurslara gələn uşaqlar burada Azərbaycan dilini, milli adət-ənənələrimizi və tariximizi öyrənir, həm də müxtəlif üsullarla əylənirlər. 

Azərbaycanlı uşaqların təlim-tərbiyəsi ilə Təranə Mirzağayeva məşğul olur. Dərslər bazar günləri NAYO-nun ofisində keçirilir. Marağı olan hər bir kiçik yaşlı soydaşımıza kurslara qatılmaq və təlim-tədris prosesində iştirak etmək imkanı verilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir