“Borussiya”nın ulduzu “lipa” çıxdı: adı dəyişdirilib, 4 il cavanlaşdırılıb – FOTO

Dünya

Dortmund “Borussiya”sının hücumçusu Yussufa Mukokonun yaşı azaldılıb.

Belə iddia ilə “Bild” nəşri çıxış edib.

Bildirilib ki, oyunçunun əslində 18 yox, 22 yaşı var. Nəşr bununla bağlı sənəd yayımlayıb. Sənəddə Kamerun əsilli almaniyalı forvardın 2000-ci il təvəllüdlü olduğu göstərilib. Futbolçunun adının isə Yussufa Mukoko deyil, Yussufa Muhammadu olduğu qeyd edilib.

“Borussiya”da 63 rəsmi oyun keçirən Mukoko 11 qol vurub. “Transfermarkt”a görə, onun bazar dəyəri 30 milyon avrodur.

Mənbə: As.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir