Özbəkistanda keçiriləcək referendumun tarixi elan olunub

Dünya

Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatası ölkə konstitusiyasına dəyişikliklərə dair referendumun aprelin 30-na təyin edilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə Qanunvericilik Palatasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Özbəkistan konstitusiyasına yeni dəyişikliklərdə prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması nəzərdə tutulub.

Bundan başqa, yeni Konstitusiyada Özbəkistan tərkibində mövcud olan Qaraqalpaqıstan Muxtar Respublikanın statusunun dəyişdirilməsi də planlaşdırılır.

Mənbə: Parliament.gov.uz

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir