Finlandiya Ukraynaya 29 milyon avro məbləğində maliyyə yardımı ayırıb

Dünya

Finlandiya Ukraynaya humanitar yardım və inkişaf sahəsində əməkdaşlıq üçün əlavə 29 milyon avro (52 milyon manat) ayırıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İnsanların iztirablarını yüngülləşdirmək və müharibənin qızğın dövründə Ukraynaya kömək etmək üçün Finlandiya humanitar yardıma 15 milyon avro (26,9  milyon manat), inkişaf sahəsində əməkdaşlığa isə 14 milyon avro (25,1 milyon manat) ayıracaq”, – deyə məlumatda bildirilir.

Təqdim olunan 29 milyon avro hökumətin 2022-ci ildə Ukraynaya yardım üçün ayırdığı 70 milyon avroluq (125,7 milyon manat) əlavə maliyyənin bir hissəsidir.

Bundan əlavə, 2023-cü ilə Ukraynaya inkişaf sahəsində əməkdaşlıq vasitəsilə dəstək üçün 37 milyon avro (66,4 milyon manat) ayrılıb.

Mənbə: Yevropeyskaya Pravda

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir