Etibar Məmmədov: “Azərbaycanda içməli sudan təyinatı üzrə istifadə edilmir”

Cəmiyyət

“Bu gün Azərbaycanda içməli sudan təyinatı üzrə istifadə edilmir. Əksinə içməli sudan texniki su kimi istifadə edilir”.

resmixeber.az-ın məlumatına görə, ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, içməli su vasitəsilə ağacların suvarılması, maşınların yuyulması həyata keçirilir:

“Bu istiqamətdə “Azərsu” ASC Su Komissiyasına təkliflər verib”.

Sədr müavini əlavə edib ki, Bakı şəhərinin ətraf qəsəbələri – Sabunçu, Binəqədi, Suraxanı və Abşeron rayonlarında su itkiləri çoxdur:

“Düzgün olmayan şəbəkələrin çəkilməsi və paylayıcı şəbəkənin yararsız olması buna səbəb olur”.

O qeyd edib ki, bu il də sayğac olmayan ərazilərdə işlər aparılacaq.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir