“1000 kub metr suyun sahələrə çatdırılması təxminən 70-80 manata başa gəlir”.
Oxu.Az-ın məlumatına görə, bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
Onun sözlərinə görə, həmin 1000 kubmetr su dövlət tərəfindən əkin sahələrinin su təminatı üçün sudan istifadə edənlər birliklərinə 0,5 manata çatdırılır:
“Ölkədə bir sıra balıq gölməçələri mövcuddur. Qanunsuz balıqçılıq gölləri də var ki, ora əsasən drenaj vasitəsilə duzlu su gətirilir”.
İlhamə Əbülfət
www.RESMIXEBER.az

