X Qlobal Bakı Forumu çərçivəsində Teymur Musayevlə UNAIDS-in İcraçı direktoru arasında görüş keçirilib

Cəmiyyət

Bu gün X Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru, BMT-nin Baş katibinin müavini Vinni Byanyima arasında görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qlobal Bakı Forumunda iştirak etdiyinə görə UNAIDS-in İcraçı direktoruna təşəkkürünü bildirən Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini vurğulayıb.

X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu deyib.

UNAIDS-in İcraçı direktoru Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir