X Qlobal Bakı Forumu: Səhiyyə ilə bağlı panel iclası keçirilib – YENİLƏNİB + FOTO

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“resmixeber.az”un xəbərinə görə, Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilib.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış ediblər.

Panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun videomüraciəti dinlənilib. O, müraciəti zamanı bütün ölkələrə müraciət edərək deyib: “Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra ilə bağlı) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”.

Daha sonra çıxış edən BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima isə qeyd edib ki, bu ilin sentyabr ayında təmsil etdiyi qurumda hökumətlər görüşəcəklər.

Onun sözlərinə görə, vaksinlər kütləvi məhsullar kimi satılmalıdır:

“Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika “resmixeber a” adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin etməlidir. Pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Biz buna ayrıca danışıqlar mövzusu kimi baxmalıyıq. Sentyabrda BMT-də hökumətlər görüşəcəklər. Qlobal səhiyyə sisteminin yaradılması məsələsi müzakirə olunacaq”.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev söyləyib ki, sağlamlıqla əlaqədar milli səviyyədə sistem qurmalıdır: 

“Sağlamlıq sahəsində də ekspertlər bunu vurğulayırlar. Bütün insanlar sağlam həyat tərzinə yönəlməlidir. Azərbaycanın strategiyasında bu vurğulanıb. Həmin strategiya Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Fərdi həyat tərzi ilə səhiyyə sistemi arasında əlaqələr də olmalıdır”.

Nazir qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur:

“Bunun üçün maliyyə qaynaqları bərabər şəkildə olmalıdır. Bu gün tibbi xidmətlərin daha əlçatan olması tələb olunur. Özəl sektorun da sağlamlığın təmin edilməsində yeri danılmazdır. Biz bilirik ki, səhiyyə sistemi bir çox ölkələrdə əlçatan deyil. Bir çox əngəllər vardır. Biz çağırırıq ki, bu prioritetlər təmin olunsun və səhiyyə sistemində standartlar tətbiq edilsin. Vaksinasiya sağlamlığın əsas elementlərindən biridir”.

Digər çıxışçılar da sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi və gücləndirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda isə Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinlənilib.

Bununla da panel iclası başa çatıb.

10:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini növbəti panel iclasları ilə davam etdirir.

“resmixeber.az”un xəbərinə görə, Forum çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda növbəti panel iclası keçirilir.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti Rozen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Nacat Moxtar, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Hadassa Tibb Mərkəzinin baş direktoru Yoram Veys çıxış edirlər.

Bundan əlavə, panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Birləşmiş Krallığın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi; ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braunun videomüraciəti dinlənilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir