Azərbaycanlı futbolçu Rusiyada baş məşqçi ilə dalaşdı

Dünya

Rusiyanın “Ximki” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Müdafiəçi ilə komandanın baş məşqçisi Spartak Qoqniyev arasında insident yaşanıb. Hadisə dünən baş verib. Əsas komandanın məşqlərindən uzaqlaşdırılmış Quliyev və Dmitri Tixiy trenajor zalında məşq ediblər. Komanda hazırlığa gələndə onlar hələ zalda olublar və bu, baş məşqçini özündən çıxarıb.

Qoqniyev qışqıraraq futbolçuları təhqir edib. Mübahisə bir neçə dəqiqə davam edib. Baş məşqçi bundan sonra məşqə çıxmayıb. Məşq prosesini köməkçilərinə həvalə edən mütəxəssis bazaya – Quliyevlə Tixiyin otağına gedib və mübahisə orada davam edib. Mübahisənin əlbəyaxa davaya çevirilməsinə “Ximki”nin mühafizə xidmətinin əməkdaşları imkan verməyib.

Quliyev məsələ ilə bağlı “Championat”a açıqlamasında dava etmədiklərini deyib:

“Qoqniyevlə məşqdə münaqişə? Dalaşmamışıq, bu, cəfəngiyyatdır və həddindən artıq şişirdilmiş xəbərdir. Sadəcə, təşkilati məsələ hamı üçün anlaşılmazdır, vəssalam”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir