AZANS Azərbaycan mülki aviasiyasının inkişafını Cenevrədə keçirilən sərgidə nümayiş etdirib – FOTO

Cəmiyyət

AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sənayesi üçün əlamətdar hadisə olan martın 8-dən 10-dək Cenevrədə keçirilən hava hərəkətinin idarə edilməsi üzrə beynəlxalq “Airspace World” sərgisində iştirak edir.

32 min kvadratmetrlik “Airspace World” sərgi sahəsi sabahın səmasını idarə edən təşkilatlar və insanlar üçün görüş məkanıdır. O, səmanın gələcəyi ilə bağlı plan üzərində birgə işləmək üçün pilotlu və pilotsuz aviasiyanın əsas oyunçularını, eləcə də CANSO, ICAO, IATA, EUROCONTROL, EASA, ACI və digərləri daxil olmaqla beynəlxalq təşkilatları bir araya gətirib.

AZANS-ın “Airspace World”da iştirakı Azərbaycan mülki aviasiyasının imkanlarını və inkişafını nümayiş etdirməyə, əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməyə və sənayedəki mövqelərini gücləndirməyə, həmçinin, qabaqcıl texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini cəlb etməyə imkan yaradıb. 

Sərgi çərçivəsində AZAL (AZANS) və Aireon, INDRA, DFS/UFA, NG Aviation, VIBE, DG EUROCONTROL, Leonardo, ERA təşkilatlarının nümayəndələri arasında əməkdaşlıq üzrə səmərəli görüşlər və danışıqlar aparılıb.

Görüşlər və danışıqlar çərçivəsində aşağıdakı sazişlər bağlanıb:

– Uçuşların təhlükəsizliyinin və səmərəliliyinin artırılması, onların ətraf mühitə təsirini azaldan tətbiqlər üçün qabaqcıl aviasiya böyük məlumat analitikasının inkişafı sahəsində Aireon ilə tərəfdaşlıq sazişi;  

– daha yüksək səviyyəyə nail olmaq üçün aeronaviqasiya məlumatlarının rəqəmsallaşdırılmasının təkmilləşdirilməsinə yönəlmiş AZANS və NG Aviation arasında əməkdaşlıq haqqında;

– “Azəraeronaviqasiya” HHİ-nin dispetçerlərin nəzəri və praktiki hazırlığının təmin edilməsi məqsədilə Almaniya Aeronaviqasiya Akademiyasının Milli Aviasiya Akademiyasında filialının yaradılması;

– çoxfunksiyalı, iri həcmli və real hava hərəkəti şəraitində hava hərəkəti dispetçerlərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan yaradan 360 3D-Tower və ACC/APP müasir təlim kompleksinin əldə edilməsi haqqında. Simulyator kompleksinin alınmasına dair müqavilə UFA ilə imzalanıb.

Həmçinin, Azərbaycanın aeronaviqasiya infrastrukturunun inkişafı üzrə gələcək əməkdaşlığın məqsədləri; Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Laçında tikilməkdə olan üçüncü beynəlxalq hava limanının naviqasiya sistemlərinin təchiz edilməsi imkanları müzakirə edilib. 

Bundan əlavə, Azərbaycanın hava məkanının qlobal aviasiya təchizat zəncirində əhəmiyyəti vurğulanıb və regionda hava məkanından ən səmərəli istifadəni və dinamik hava axınının idarə olunmasını təmin etmək üçün uçuşların idarə edilməsi sahəsində əməkdaşlığı genişləndirmək istəyi ifadə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir