“Afrikanın geostrateji əhəmiyyəti: Perspektivlər və çağırışlar” mövzusunda panel iclası keçirilib – FOTO

Siyasət

Azərbaycanın Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

“resmixeber.az”un xəbərinə görə, forum çərçivəsində “Afrikanın geostrateji əhəmiyyəti: Perspektivlər və çağırışlar” mövzusunda növbəti panel iclası keçirilib.

2015-2018-ci illərdə Mavritaniyanın Prezidenti olmuş Amina Qurib-Fakimin moderatorluğu ilə keçirilən panel iclasında Mavritaniyanın 1992-2002-ci illərdə Prezidenti Kassam Utim, Seneqalın 2013-2014-cü illərdə Baş naziri Aminata Ture, Malavinin 2012-2014-cü illərdə Prezidenti Coys Banda, BMT-nin Baş katibinin Qərbi Afrika üzrə 2003-2007-ci illərdə xüsusi nümayəndəsi, BMT-nin 2007-2010-cu illərdə Somali üzrə xüsusi nümayəndəsi Ahmedu Uld-Abdullah, “Liberal International” təşkilatının prezidenti; Mərakeşin 2013-2017-ci illərdə Ətraf Mühit naziri, Mərakeşin 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite və 1999-2010-cu illərdə Niger xarici işlər naziri, BMT-nin 2013-2017-ci illərdə Kot d’İvuar üzrə xüsusi nümayəndəsi, “IPITI Consulting”in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu iştirak ediblər.

İclasda çıxış edən Mərakeşin 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi Hakima El Haite bildirib ki, sülhü birlikdə qurmaq olar: “Sülh ancaq birlikdə qurula bilər”.

O, həmçinin vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələri bəşəriyyətin qarşılaşdığı ən çətin problemdir:

“20 ildən sonra iqlim dəyişikliyinin bütün nəticələri geri dönməz olacaq. İqlim dəyişikliyindən zərər görən ölkələrdən danışarkən sənayeləşmiş ölkələr emissiyaları dayandırmalıdırlar”.

BMT-nin 2013-2017-ci illərdə Kot d’İvuar üzrə xüsusi nümayəndəsi, “IPITI Consulting”-in hazırkı baş icraçı direktoru Ayşatu Mindaudu X Qlobal Bakı Forumunun təşkilatçılarına təşəkkür edib:

“Bu, çox vacib bir forumdur. Burada vacib məsələləri müzakirə etmək mümkündür”.

Onun sözlərinə görə, bəziləri deyirlər ki, Afrika ən çox əhalisi olan regiondur:

“Mən isə deyirəm ki, Afrikanın kifayət qədər əhalisi yoxdur. Afrikada əhalinin çox olması barədə fikir dəyişilməlidir. İnsanlar aqressiya, hücumlar barədə danışırlar. Bu, hazırda Ukraynada baş verməkdədir”.

Digər panel iştirakçıları da Afrikanın geostrateji əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Bununla da panel iclası başa çatıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir