“Çelsi”nin futbolçusu silahla təhdid edilib

Dünya

“Çelsi”nin fransız yarımmüdafiəçisi Nqolo Kante silahla təhdid edilib.

Hadisə 2017-ci ildə baş verib. Naməlum şəxslər Kanteni zorla restorandan çıxararaq maşına mindiriblər və orada onun dizinə silah dayayıblar. Silahlılar fransalı yarımmüdafiəçidən agentini dəyişdirməsini istəyiblər. Əks halda menecerini öldürəcəklərini deyiblər.

Kante 2016-cı ildə “Lester”dən “Çelsi”yə keçəndən sonra bir neçə dəfə nümayəndəsini dəyişib. Onu təhdid edən şəxslərin fransalı futbolçunun London klubuna keçidindən xeyir axtaran keçmiş agentlərindən birinin qohumu ola biləcəyi qeyd edilib.

Kantenin əhatəsində olanlar qeyd ediblər ki, onun ətrafında həmişə mehribanlığından və sadəlövhlüyündən məqsədləri üçün istifadə edən çoxlu sayda insan var.

Mənbə: Championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir