Ana Birçall: “İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi”

Siyasət

“Prezident İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi. Bu qış Azərbaycan bizə dəstək olmasaydı, nə edərdik?”

“resmixeber.az”un xəbərinə görə, bunu 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, Rumıniya parlamentinin üzvü Ana Birçall X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın strateji yardımı bütün bölgə üçün çox önəmlidir:

“Bu ağır dövrlərdə Azərbaycanın strateji yardımı olub”.

Rumıniya parlamentinin üzvü Şuşada üç dəfə olduğunu deyib:

“Orada quruculuq işləri gedir. Şuşada bərpaolunan enerjidən istifadə olunacaq. Avropa İttifaqı Azərbaycanın təcrübəsini öyrənməlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir