Ana Birçall: “Azərbaycanın “yaşıl enerji”si Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacaq”

Siyasət

“Azərbaycandan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çatdırılması Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq”.

“resmixeber.az” xəbər verir ki, bunu 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini Ana Birçall deyib.

“Azərbaycan enerji böhranının fəsadlarının aradan qaldırılmasında artıq bizə – Rumıniyaya və bütün Avropaya kömək edir”, – o deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələri xatırladığını bildirib.

A.Birçall vurğulayıb ki, o, Azərbaycan dövlət başçısının Avropa və xüsusilə Rumıniya üçün strateji tərəfdaş olmaq fikrinə və baxışına heyran olub:

“Azərbaycan son dövrlərdə böyük kömək göstərib. Onun sayəsində qışdan sağ çıxdıq. Bu yardım olmasaydı, Avropanın nə edəcəyini bilmirəm”.

O, ölkələrimiz arasında müsbət əməkdaşlığı görməkdən çox şad olduğunu bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir