Yan Fişer: “Rusiyaya qarşı sanksiyalar uzunmüddətli perspektivdə öz təsirini göstərəcək”

Dünya

“2022-ci il fevralın 24-də Avropa İttifaqı Rusiyadan gələ biləcək təhdidi qiymətləndirməkdə yanlışlığa yol verdiyini anladı”.

“resmixeber.az” xəbər verir ki, bunu Çexiyanın keçmiş Baş naziri Yan Fişer X Qlobal Bakı Forumu çərçivəsində panel iclasında çıxışı zamanı deyib.

O söyləyib ki, Krımın ilhaqından sonra da Avropa İttifaqı (Aİ) Rusiyadan asılılığını inkişaf etdirməyə davam edib. Y.Fişer buna misal olaraq “Şimal axını-2”nin tikintisini göstərib.

“Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar zəruridir və uzunmüddətli perspektivdə öz təsirini göstərəcək”, – deyə keçmiş baş nazir əlavə edib. 

O, Qərbi Balkan ölkələrinin heç olmasa bəzilərini Aİ-nin tərkibində görə biləcəyinə ümid etdiyini də bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir