Uğursuz əməliyyat ABŞ-nin ən böyük banklarından birini iki günə müflis etdi

Dünya

ABŞ-nin ən böyük banklarından biri olan “Silicon Valley” iki günə iflas olub. Ölkədə startapların əhəmiyyətli bir hissəsi məhz bu bankla əlaqəli idi.

Bu barədə CNN öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, “Silicon Valley” ABŞ-nin 2008-ci ildə qlobal maliyyə böhranından sonra iflasa uğrayan ən böyük bankıdır.

Materialda bankın iki gün ərzində necə müflis olduğu da bildirilir.

Belə ki, martın 9-da “Silicon Valley”nin qiymətli kağızlarla uğursuz əməliyyatı məlum olub. Bundan sonra maliyyə itkilərini kompensasiya etmək üçün bank 2,25 milyard dollar məbləğində əlavə səhm buraxmaq qərarına gəlib. Amma bankın siyasətinə cavab verən konsaltinq agentlikləri əmanətçilərə vəsaitlərini bank hesablarından çıxarmağı tövsiyə ediblər.

Nəticədə bank likvidliyini sürətlə itirməyə başlayıb, bir gün sonra isə ABŞ-nin maliyyə tənzimləyicisi “Silicon Valley”nin müflis olduğunu elan edib.

“Silicon Valley”bin iflası ABŞ tarixində ikinci ən böyük bank uğursuzluğudur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir