Türkiyədə liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək

Cəmiyyət

“Hatayspor” və “Qaziantep”in ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm Türkiyə Super Liqasında mübarizə aparmayacağı təsdiqlənib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Bundan əlavə, “Malatyaspor” və “Adanaspor”un I Liqada, “Adıyaman”ın II Liqada, “Niğde Anadolu” və “Malatya Arguvanspor”un III Liqada çıxış etməyəcəyi bildirilib.

Bu komandalara fevralın 6-dan etibarən bütün oyunlarda texniki məğlubiyyət (0:3 hesablı) veriləcək.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir