Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

Cəmiyyət

“flyDubai” aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə resmixeber.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

“Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir