Zelenski Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini yad etdi – FOTO/VİDEO

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin bu ölkədəki səfirliyinə gələrək dağıdıcı zəlzələdə həlak olanların xatirəsini yad edib.

O, səfiri Yağmur Ahmet Güldere ilə görüşərək matəm kitabına ürək sözlərini yazıb və səfirliyin ərazisinə gül çələngi qoyub.

“Şəxsən mənim adımdan və Ukrayna xalqı adından ən səmimi başsağlığımı qəbul edin. Bir anın içində çoxlu insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda doğurdu. Biz türk xalqının ağrısını paylaşırıq. Bu çətin vaxtda ölənlərin xatirəsini ehtiramla yad edir, yaralananlara isə şəfa diləyirik”, – dövlət başçısı qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir