Ceyhun Bayramov: “Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq”

Dünya

“Türkiyədə baş verən zəlzələ çox ağır təbii fəlakətdir. Təəssüf ki, zəlzələdə 20 mindən çox adam həlak olub. Türkiyə dövlətinə və Azərbaycan xalqına başsağlığı verirəm”.

resmixeber.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Kahramanmaraşda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu imtahandan qüdrətli türk dövləti alnıaçıq, üzüağ çıxacaq:

“Nə qədər ehtiyac olarsa, Azərbaycan Türkiyəyə dəstək olacaq. Hazırda mümkün olan insan canı qurtarmaqdır. Nə xoşbəxt ki, bizim xilasedicilərimiz 50-yə yaxın şəxsi xilas ediblər. Bakı və Naxçıvanda yerləşən xəstəxanalarda xüsusi çarpayılar ayrılıb. Nə qədər ehtiyac varsa, biz xəstə qəbul etməyə hazırıq”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir