Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
resmixeber.az-ın məlumatına görə, baş verən hadisə zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev resmixeber.az-a açıqlamasında bildirib ki, bu gün saat 15:20 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində üç nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Belə ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü N.Məmmədov xəsarət alıb, avtomobildə olan üç nəfər şərnişin isə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.RESMIXEBER.az