“Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı”

Siyasət

“Türkiyənin çətin günündə Azərbaycan onun yanındadır. Birinci vitse-prezident Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı. Mehriban xanımın instaqramda dünənki paylaşımı da bu prosesin tərkib hissəsidir”.

Bunu “resmixeber.az”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O vurğulayıb ki, Türkiyədə baş verən zəlzələdən dərhal sonra Azərbaycanın bütün dövlət qurumları qardaş ölkəyə dəstək prosesinə fəal şəkildə qoşulublar:

“Bu, iki ölkə rəhbərləri, aidiyyəti qurumları arasında mehribanlığın, dostluğun ən yüksək həddə olduğunun göstəricisidir”.

C.Məmmədov xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göstərilir:

“Mehriban Əliyevanın bilavasitə tapşırığı ilə Heydər Əliyev Fondu bu prosesdə fəallıq nümayiş etdirib. Çoxlu sayda tibbi ləvazimat, çadır və digər əşyalar xüsusi təyinat nöqtəsində toplanaraq fondun xətti ilə bölgəyə göndərilib. Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı”.

Millət vəkili əlavə edib ki, Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsi iki ölkə arasında dostluq, qardaşlıq və sarsılmaz sevginin sübutudur:

“Azərbaycanın çətin günlərində Türkiyə hər zaman yanımızda olub. Azərbaycan da Türkiyənin çətin günündə öz qayğısını əsirgəmir”.

Ceyhun Məmmədov Azərbaycanın Birinci vitse-prezidentinin hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərin, tibb işçilərinin, diplomatların, media nümayəndələrinin əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 20 937 nəfər ölüb, 80 088 nəfər yaralanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir