Ruhani: “Hakimiyyətə can atan azlığın çoxluğu kənara vurmasına imkan verməyək” – FOTO

Dünya

İranın keçmiş prezidenti Həsən Ruhani bu gün Tehranın Azadlıq meydanında islam inqilabının qələbəsinin 44-cü ildönümü ilə bağlı keçirilən tədbirə qoşulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Həsən Ruhani tədbirdə jurnalistlərə açıqlama verib.

O bildirib: “İran xalqının düşmənləri bir vaxtlar hesab edirdilər ki, inqilab 40-cı ildönümünə qədər yaşamayacaq, lakin bu xəyal xalqın müqaviməti, birliyi və yekdilliyi ilə puç oldu”.

O əlavə edib: “Hakimiyyətə can atan azlığın çoxluğu kənara itələməsinə imkan verməyək, çünki həmin gün inqilabın sonu olar. Müxtəlif fikirlərə hörmətlə yanaşmaqla və xalqın səsini eşitməklə inqilabı yaşatmaq olar”.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir