Zaqatalada avtomobillərinə əlavə avadanlıqlar quraşdıran sürücülərlə bağlı tədbir görüldü – FOTO

Cəmiyyət

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan resmixeber.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün də təhlükə yaratdığı həmin şəxslərə izah olunub.

Əvvəllər də bir neçə dəfə xəbərdarlıq olunsa da bundan nəticə çıxarmayan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir