Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Cəmiyyət

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Zabrat 1 qəsəbəsində qeydə alınıb.

“Dacia” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə çırpıb.

Nəticədə “Hyundai” markalı avtomobil yolun əks istiqamətinə çıxıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir