AFFA “Sabah” və “Səbail”i cəzalandırdı

Dünya

“Sabah”ın ispaniyalı futbolçusu Con İrasabal və “Səbail”in kapitanı Rahid Əmirquliyevin cəzası müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytı (pfl.az) xəbər verir ki, AFFA İcraiyyə Komitəsi Premyer Liqanın XXI turunda keçirilən “Sabah” – “Səbail” matçında qırmızı vərəqə alan hər iki futbolçunu 1 oyunluq diskvalifikasiya edib.

Paytaxt klubları oyunçularının kobudluğuna görə 200 manat cərimə ödəməli olacaqlar.

“Zirə” ilə görüşdə 4 oyunçusu sarı vərəqə alan “Qəbələ” isə 800 manat cərimələnib.

Qeyd edək ki, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib, “Zirə” ilə “Qəbələ” qollu (2:2) heç-heçə ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir