resmixeber.az-ın müxbiri dörd azərbaycanlı tələbənin uçqun altında qaldığı məkandan: “Axtarışlar davam edir” – VİDEO

Dünya

Türkiyədə fevralın 6-da baş verən zəlzələdən zərərçəkənlərin axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

resmixeber.az-ın Malatya bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, xilasetmə işləri bir an dayanmayıb. 

İnsanlar aparılan işlərdə yaxınlarının xilas olmalarını gözləyirlər. 

Dağıntılar altında qalmış şəxslər arasında dörd azərbaycanlı tələbə də var. Hazırda xilasedicilər dörd azərbaycanlı tələbənin dağıntılar altından çıxarılmasına çalışırlar.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 991 nəfər həyatını itirib, 75 523 şəxs xəsarət alıb.

Ölənlər arasında, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dörd nəfər azərbaycanlı var. Dağılan binaların sayı 6 444 təşkil edir.

Almaz Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir