Tural Orucov: “Avtobuslarımız Gürcüstan-Azərbaycan sərhədində vətəndaşlarımızı gözləyir” – FOTO

Cəmiyyət

“Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam etdirilir”.

resmixeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

Onun sözlərinə görə, AYNA-nın ehtiyat avtobusları ilə vətəndaşlarımız ödənişsiz şəkildə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatdırılırlar:

“Bu, yeddinci reys idi. İndiyə qədər 310 vətəndaşımız Bakıya çatdırılıb. Hazırda daha bir avtobusumuz yoldadır, onunla 20 nəfər gətirilir. Ehtiyat avtobuslarımız Gürcüstan-Azərbaycan sərhədində vətəndaşlarımızı gözləyir. Təxliyə olunanlar içərisində yaralılar yoxdur”.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir