Hamiləliyin son ayında olan qadın 70-ci saatda dağıntılar altından xilas edildi – FOTO

Dünya

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 9 aylıq hamilə qadın sağ-salamat xilas edilib.

Əcnəbi Hene Hammeko adlı 35 yaşlı 9 aylıq hamilə qadın xilasedici qrupların gərgin səyi nəticəsində 70 saat sonra dağıntılar altından sağ çıxarılıb.

Qadının 14 yaşındakı oğlu Məhəmməd və axtarış-xilasetmə qrupları böyük sevinc yaşayıblar.

Xəstəxanaya aparılan hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Mənbə: Haber Global 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir