Kahramanmaraşda baş verən zəlzələdən 73 saat sonra aralarında uşaq olmaqla 3 nəfərlik ailə dağıntılar altından xilas edilib.
Onikisubat rayonu Azərbaycan bulvarında yerləşən 7 mərtəbəli binanına dağıntıları altından səs eşidildikdən sonra Sakarya Böyükşəhər Bələdiyyəsi və İsparta Bələdiyyəsinin xilasetmə qrupları bölgəyə göndərilib.
Axtarış-xilasetmə qruplarının uzun sürən işindən sonra Ali (55), həyat yoldaşı Zelal (40) və 5 yaşlı qızları Mir Berzan Bağışa çatmaq mümkün olub. 73 saat sonra dağıntılar altından çıxarılan yaralı ailə alqışlarla qarşılanıb və təcili yardımla xəstəxanaya sövq edilib.
“Allahdan ümid kəsilməz”, – deyə Zelal Bağış xilasetmə işlərində iştirak edən hər kəsə təşəkkür edib. “Onların varlığına sevinirəm, Allah hamısından razı olsun. Xilas olacağımızı düşünürdük”, – deyə Bağış xoşbəxt olduğunu qeyd edib.
“Bu işçilərin yaxşılığının əvəzini heç kim verə bilməz. Onlar insanların həyatını xilas edir”, – deyə Əli Bağış təşəkkür edib.
Mənbə: Habertürk
www.RESMIXEBER.az