Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının tibbi müayinəsi keçirilir

Siyasət

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının “Yeni Klinika”da tibbi müayinəsi həyata keçirilir.

resmixeber.az xəbər verir ki, onların bir qisminin müayinəsi artıq başlayıb.

Digərlərinin də müayinəsi mərhələli şəkildə aparılacaq.

Səfirlik əməkdaşlarına psixoloji xidmət göstəriləcək, qan analizi götürüləcək və ehtiyac olarsa, digər müayinələrdən də keçəcəklər.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir