Türkiyə Milli Müdafiə Nazirliyi zəlzələdən sonra aparılan işlərlə bağlı paylaşım edib.
Nazirliyin “Twitter” hesabında daha iki nəfərin dağıntılar altından xilas olunduğu bildirilib və bu görüntüləri əks etdirən video yayımlanıb.
“Dünən gecə Hatayda bir övladımız, o cümlədən bir qadın vətəndaşımız da “mehmetçik”lərimiz tərəfindən dağıntılar altından sağ olaraq xilas edildi. “Həmrəylik zamanıdır” deyərək mübarizəyə fasiləsiz şəkildə dəstək verməyə davam edirik”, – deyə qeyd edilib.
Hatay’da dün gece bir evladımızın yanı sıra kadın bir vatandaşımız da Mehmetçiklerimiz tarafından enkazdan sağ olarak kurtarıldı. Dayanışma Vakti diyerek mücadeleye aralıksız destek sağlamayı sürdürüyoruz. pic.twitter.com/WXq2KhqWjg
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 9, 2023
www.RESMIXEBER.az