Baku TV-nin Türkiyədə olan əməkdaşı Qaziantepdə axtarış-xilasetmə işlərinin vəziyyəti barədə son məlumatları çatdırıb.
Jurnalist qeyd edib ki, onun olduğu Ayşe Mehmet Polat məhəlləsindəki dağıntılar altından səhər saatlarında 3 nəfər xilas edilib.
“Zəlzələnin 76-cı saatıdır. Kritik saatlardır. Hava soyuqdur, həm də dağıntıların miqyası genişdir.
Ona görə də xilasetmə işləri sürətlə aparılır. Dağılmayan binaların da uçma təhlükəsi var”, – deyə o əlavə edib.
O da bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin, eləcə də Silahlı Qüvvələrin xilasediciləri və tibb personalımız ərazidədir.
“Yaxınlaşdığımız insanlar da azərbaycanlı olduğumuzu bilib, bizə təşəkkür edirlər”, – deyə vurğulanıb.
Ətraflı videoda:
www.RESMIXEBER.az