resmixeber.az-ın Türkiyədə olan əməkdaşı Qaziantepdən son məlumatları çatdırıb.
Jurnalist Almaz Qasımova bildirib ki, səhər saatlarında dağıntılar altından 3 nəfər xilas edilib.
Hələ də yaxınlarından xəbər ala bilməyən bina sakinləri ümidlə axtarış-xilasetmə işlərini izləyirlər.
Dağıntılar altından sağ çıxmış insanlar ocaq başında soyuqdan qorunmağa çalışırlar.
Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb.
Ətraflı videolardan izləyə bilərsiniz:
www.RESMIXEBER.az