Türkiyənin dəhşətli zəlzələdən dağılan daha bir ərazisində axtarış-xilasetmə işləri yekunlaşıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunur ki, Şanlıurfa şəhərindən sonra Kilisdə də işlər yekunlaşıb və xilasetmə qrupları digər bölgələrə yönəldilib.
Ekiplerimiz, Kilis’te arama kurtarma çalışmalarını tamamlamıştır.
Kilis’teki arama kurtarma Ekiplerimiz ivedilikle çalışmaların devam ettiği diğer illere sevk edilmiştir.
— AFAD (@AFADBaskanlik) February 9, 2023
12:08
“Heyətimiz Şanlıurfa şəhərində axtarış-xilasetmə işlərini yekunlaşdırıb”.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda, həmçinin qeyd olunur ki, AFAD-ın Şanlıurfadakı axtarış-xilasetmə qrupları dərhal zəlzələdən zərər çəkən digər vilayətlərə göndərilib.
Ekiplerimiz, Şanlıurfa’da arama kurtarma çalışmalarını tamamlamıştır.
Şanlıurfa’daki arama kurtarma Ekiplerimiz ivedilikle çalışmaların devam ettiği diğer illerimize sevk edilmiştir.
— AFAD (@AFADBaskanlik) February 9, 2023
www.RESMIXEBER.az