Kahramanmaraşda zərərçəkmişlərə humanitar yardımlar paylanılır – FOTO

Cəmiyyət

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə bağlı zərərçəkmişlərə humanitar yardımlar paylanılır.

“resmixeber.az”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hazırda yardımlar şəhərin Milli İradə Meydanında vətəndaşlara verilir.

TIR-lar vasitəsilə Meydana gətirilən isti geyimlər, yataq dəstləri, ayaqqabılar, corablar, uşaq paltarları və s. əşyalar zərərçəkmişlərə paylanılmaqda davam edir.

Eyni zamanda Milli İradə Meydanına səyyar mətbəxlər gətirilib. Burada insanlara isti yeməklər, isti içkilər verilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə qardaş ölkəyə Azərbaycandan xilasedicilər və həkimlərlə yanaşı humanitar yardımlar da göndərilib, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir