Bu gün bütün dünya dağıdıcı zəlzələdən sonra Türkiyənin yanındadır. Ölən və yaralananların sayı on minlərlədir. Dünyanın demək olar ki, bütün ölkələri axtarış-xilasetmə qruplarını Türkiyəyə göndərib.
Belə bir şəraitdə ölkələr arasında istənilən siyasi münasibət kənara qoyulur, çünki söhbət təbii fəlakətlərdən əziyyət çəkən insanlardan gedir.
Çoxları üçün gözlənilmədən Ermənistan da Türkiyəyə xilasedici dəstə göndərib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın türk xalqına başsağlığı məktubu göndərməsinə baxmayaraq, ermənilərin özləri bir daha əsl simalarını göstərərək, belə bir qərara görə hakimiyyəti açıq şəkildə tənqid edirlər.
Ermənistan Milli Assambleyasının deputatı Knyaz Həsənov yerli mediaya müsahibəsində erməni tərəfinin öz xilasedicilərini Türkiyəyə göndərməsindən hədsiz narazılığını bildirib. Eyni zamanda K.Həsənov zərərçəkənlər arasında kürdlərin də olduğunu deyir və Türkiyə hakimiyyətinin onlara əhəmiyyət vermədiyini bildirir. Baxmayaraq ki, müntəzəm yayımlanan videogörüntülərdə türk xilasedicilərinin, həkimlərin, hərbçilərin əcnəbi mütəxəssislərlə birlikdə zərərçəkənlərə kömək etmək üçün əlindən gələni etdikləri əks olunub.
Erməni deputatın müsahibəsi bu xalqın və bütövlükdə ölkənin əsl niyyətini əyani şəkildə nümayiş etdirir. Zəlzələ nəticəsində öz xilasedicilərini göndərən erməni tərəfi simpatiya əvəzinə Türkiyənin tezliklə məhv olacağına ümid edir.
Görünür, “yoldaş” Həsənov Spitakdakı zəlzələni unudub.
Ksenofobiya uzun müddətdir ki, erməni cəmiyyətinin ayrılmaz hissəsidir. Türk dünyasına nifrətlə dolu müsahibə isə erməni faşizminin növbəti təzahürüdür.
Türkiyədə baş verən faciəni “Allahın cəzası” adlandıran müxbirin sualı nəyə desəniz dəyər. Minlərlə insanın (o cümlədən çoxlu sayda uşağın) həyatına son qoyan fəlakəti “Allahın cəzası” adlandırmağı sadəcə düşünəndə istənilən normal insanın tükləri biz-biz olur.
Buna baxmayaraq, erməni cəmiyyətinin iki tipik nümayəndəsi bu cür alçaq bəyanatlarla kifayətlənmir və xəstə zehnin yaratdığı mövzunu inkişaf etdirməkdə davam edir, tamamilə məhv olmu Türkiyə dövlətini görmək arzusunu açıq bəyan edirlər.
Qeyri-sağlam dialoqu davam etdirən ermənilərin cəfəngiyyatı yeni müstəviyə keçir və bu zaman anti-elmi fantastika ilə azğın istəklər kəsişir. Fəlakəti unudan Həsənov və müxbir Türkiyənin guya məhv ola biləcəyi ssenariləri müzakirə etməyə başlayırlar. Və ən ehtimal olunan səbəblərdən biri kimi də kürdlərin adını çəkirlər. Onları demək olar ki, bütün mümkün fövqəlgüclərə sahib xalq kimi təqdim edir və saylarını şişirdirlər. Bu “fövqəlgüc”ün dişinə qədər silahlanması təklif edilir ki, onlar da Troya atındakı əsgərlər kimi Türkiyəni içəridən məhv etməlidirlər.
Belə anda sual yaranır: Bəs Ermənistanın özünü nə gözləyir?
www.RESMIXEBER.az